İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İstanbul SİLKƏLƏNDİ - 4,1 bal gücündə yeraltı təkanlar TƏŞVİŞ yaratdı

Səhər saatlarında İstanbulun sahillərində, Mərmərə dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, yeraltı təkanlar şəhərin bir çox bölgəsində hiss olunub.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri Mərmərə dənizinin dibi, İstanbulun Avcılar və Büyükçekmece rayonlarına yaxın ərazidə yerləşib.

Hazırda dağıntı və tələfat barədə məlumat daxil olmayıb, lakin sosial şəbəkələrdə bir çox istifadəçi zəlzələnin hiss olunmasından sonra narahatlıq ifadə edib. İstanbul Böyükşəhər Bələdiyyəsi və AFAD əhaliyə soyuqqanlılıqla davranmağı, rəsmi məlumatları izləməyi tövsiyə edir.

Bu cür təkanlar Türkiyədə uzun illərdir müzakirə olunan “Böyük İstanbul zəlzələsi” təhlükəsini bir daha gündəmə gətirib.

Qeyd edək ki, mütəxəssislər Mərmərə dənizinin altından keçən Şimal Anadolu fay xəttində yaxın illərdə 7 və daha yuxarı bal gücündə dağıdıcı zəlzələnin baş vermə riskinin yüksək olduğunu dəfələrlə bəyan ediblər.

Türkiyəli seysmoloq Prof. Dr. Naci Görür başda olmaqla, bir çox alimlər İstanbulda infrastrukturların möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və hökuməti zəlzələ təhlükəsinə qarşı hazırlıqları sürətləndirməyə çağırıblar.

Xatırladaq ki, 1999-cu ilin avqustunda baş vermiş İzmit zəlzələsində on minlərlə insan həyatını itirmişdi və mütəxəssislər həmin təkanların davamının İstanbulda ola biləcəyini istisna etmirlər.

Hazırda seysmoloji xidmətlər bölgədəki aktivliyi müşahidə etməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR