Onlayn ictimai-siyasi qəzet
Ölkə əhalisinin qida çatışmazlığı fonunda sovet rəhbərliyi sıravı vətəndaşlara xərcləməli olduğu vəsaiti Qərbin qarşısında “öyünmək” və insanların ehtiyaclarından diqqətini yayındırmaq üçün silah və kosmosa xərcləyib.
Nəticədə müharibədən yeni çıxan SSRİ 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində digər ölkələrlə rəqabət aparılması naminə kosmonavtikanı inkişaf etdirib. İlk peykin orbitə buraxılması, Ay proqramının başlaması və ilk insanın kosmosa uçuşu tarixdə yeni səhifə açıb, həm də ABŞ-nin yüksək rütbəli məmurlarını ciddi narahat edib. Moskvada İosif Stalinin ölümündən sonra daxili çəkişmələrin getdiyi hadisələr zamanı sarsıdıcı əməliyyatlardan biri baş verib. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi sovet peykini DTK-nın ruhunu incitmədən oğurlayıb.
“Luna 3”-ün uğuru
SSRİ-nin Qərbdə “Lunik” kimi tanınan “Luna” (Ay) proqramı kosmik texnologiyanın imkanlarının əsl sınağı olduğunu göstərib. 1958-ci ildən 1976-cı ilə qədər bir sıra buraxılışlar təkcə qabaqcıl texnologiyanı deyil, həm də ölkənin Qərbə “gücünü” nümayiş etdirib. Xüsusilə mühüm hadisə ilk dəfə Ayın görünməyən tərəfinin fotoşəkillərini Yerə ötürən və həmçinin praktiki qravitasiya manevrini həyata keçirən avtomatik planetlərarası “Luna-3” stansiyasının işə salınması olub.
“Luna” proqramı Ayın tədqiq edilməsi ilə bağlı çoxlu ilklərə nail olub. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılıb. SSRİ dövründə rəsmən “Luna” adını daşıyan 24 kosmik gəmi olub. Yerin orbitindən çıxa bilməyən uğursuz “Luna” layihələrinə rəsmi adlar verilməyib və proqram üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkib.
Bütün hallarda “Luna 3”-ün bəzi uğurları kosmos yarışının yeni mərhələsini başladan dönüş nöqtəsi olub. Stansiyanın işə salınmasına cavab olaraq, ABŞ NASA və DARPA kimi agentliklər yaradıb və öz kosmik proqramları üçün yeni addımlar atıb. Amerika kəşfiyyatı hər bir xırda şeyin qlobal güc balansına təsir edə biləcəyini anlayaraq SSRİ-nin məlumatlarını xüsusi diqqətlə izləməyə başlayıb.
Lakin tərəflər arasında əsas fərq dövlətlərin sakinlərinə yanaşması olub. Həmin dövrdə kommunisit olmayan ölkələr iqtisadi potensial baxımından inkişaf edib, sahibkarlıq subyektləri durmadan çoxalıb. Təbi ki, Avropa və ABŞ yeni texnologiyaların inkişafına əhəmiyyət verib, amma insanların həyat səviyyəsini yüksəldərək.
1958-ci ildən Ümumittifaq Ticarət Palatası genişmiqyaslı elm, texnika və mədəniyyət sərgiləri təşkil edib. 1959-cu ildə oxşar hadisə Nyu-Yorkda baş verib və tezliklə Moskvada da analoji sərgi keçirilib. Qərb mütəxəssislərini heyrətə gətirən bəzi eksponatlarda maketlər yox, avtomatik kosmik stansiyaların real nümunələrinin nümayiş etdirilməsi olub.
MKİ-nin əməliyyatı
SSRİ rəhbərliyinin özünü sübut emtəsi və səriştəsiz addımları Amerika kəşfiyyatına yaxşı bəlli olub. Odur ki, MKİ sərgiyə sadəcə şablonlar deyil, real peyklər gətiriləciyini öyrənən kimi riskli əməliyyat keçirmək barədə qərar qəbul edib. Sovet alimlərinin hazırladıqları, məxfi hesabatların məlumatları ilə təsdiqlənən orijinal modellərin daxilini öyrənmək ABŞ üçün əhəmiyyət kəsb edib.
Çünki II dünya müharibəsi dövründə, hətta ondan sonra da ABŞ və Qərb SSRİ-yə müharibə elan etmək istəyiblər. Londonun qısamüddətli hücumu, ABŞ-nin kommunistlərin əlində olan əhəmiyyətli şəhərlərə nüvə silahı atmaq istəyi reallaşamasa da, şərqi qırmızıya boyayanların qarşısını almaq lazım olub.
MKİ rəhbərliyi belə nəticəyə gəlib ki, sovet modelinin daxilini öyrənmək üçün ən yaxşı şans onu tranzit zamanı ələ keçirməkdir. Belə ki, vaqona yükləmək üçün avtomobil yolu ilə dəmiryol stansiyasına daşınan peykin boşaldılmazdan əvvəl oğurlanması lazım olub. Xüsusi təyinatlıların planına görə, bir gecədə obyekt oğurlanacaq, söküləcək, tədqiq ediləcək və sonra geri qaytarılacaq.
Nəhayət, yerli sakinlər kimi maskalanan amerikalı casuslar yük maşınını stansiyanın düz qarşısında saxlayıblar. Sürücü hotelə göndərilib, yük maşını isə brezentlə örtülüb, üç metrlik hündür hasarın arxasında gizlənmiş zibilxanaya aparılıb.
MKİ əməkdaşları heç kimin onları izləmədiyinə əmin olmaq üçün yarım saat gözləyiblər və sonra işə başlayıblar. Əməliyyat dörd nəfərdən ibarət qrup tərəfindən diqqətlə koordinasiya edilib.
Onlardan ikisi köhnəlmiş taxta panellərdə heç bir iz qoymadan ehtiyatla qutunu açıb, digər ikisi isə hər bir mərhələni sənədləşdirmək üçün foto avadanlıq hazırlayıb. Qutunun, demək olar ki, bütün daxili məkanını tutan peyk fənərlərin işığı ilə sökülüb. Bunu edərkən agentlər təxminən 130 boltu açıb və hətta sovet möhürü olan bir plastik möhürü düzəltməli olub. Axşam saat 19:30-dan başlayan iş səhər saat beşə qədər bitib, bundan sonra qutu yenidən yığılaraq stansiyaya çatdırılıb.
Əməliyyat nəticəsində MKİ altıncı peyk haqqında geniş məlumat toplayıblar və sonradan öz texologiylarında bundan geniş istifadə ediblər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ