Onlayn ictimai-siyasi qəzet
Yaxud Qoçun Balıq çıxması
Ağlaşma-şivənə ehtiyac yox idi. Artıq hökumətimiz 9 partiyanı Ədliyyə Nazirliyində qeydiyyata almışdır. Bəziləri isə guya təkcə YAP-ın qeydiyyata alınacağını söyləyirdi. Biz çoxpartiyalı ölkəyik, bu fikir plüralizmindən əl çəkmərik.
İnşallah, AXC-Müsavat cütlüyü də qeydə alınacaqdır, darıxmayın. Sadəcə, hökumət onların pasportunu lap axırıncı dəqiqədə verəcək, çünki hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olur. Belə yaxşı müxalifəti haradan tapacaqlar? Elə müxalifətə bu tantrik, meditativ yanaşma hökumətin atalıq qayğısının növbəti, bariz örnəyidir, yoxsa bəzilərinə elə gəlir ki, bizdə müxalifəti ancaq döyürlər. Yox, sığal da olur. Şair demişkən: “Olmuşuq məsti-xumar, Yenə gözlərimiz axır, Məncə, göy guruldayır, Göydən ildırım çaxır”.
Ancaq növbədə 27 siyasi partiyanın qalması bir az narahatedicidir, hərçənd son qırğınlara qədər 50-dən artıq partiyamız vardı. Deməli, nə qədər kəsib-doğrayırsan, azalmır. Əjdaha başı kimi, təzə partiyalar çıxır. Nəticədə vətəndaşlarımız arasında çaşqınlıq yaranır, külüngü bir nöqtəyə vurmuruq. Təklif edirəm partiya sayı 13-də saxlansın. Bürclərin sayına uyğun olaraq.
Buradan görürəm, bəzi oxucular dərhal etiraz edir: “Axı bürclər 12-dir, 13 haradan çıxdı?” Məlumunuz olsun, pərəstiş etdiyimiz bürclərin 13 olduğunu NASA təsdiq eləmişdir. 13-cü, nahaq yerə bada getmiş bürcün adı İlandaşıyan-dır. İlandaşıyan Əqrəb-lə Oxatan-ın arasındadır, 29 noyabrdan 17 dekabra qədər doğulan yoldaşlar bu bürcün təsiri altına düşürlər.
Əlbəttə, İlandaşıyan bürcünü nəzərə alanda bizim indiki bürclərimizin əslində səhv olduğu ortaya çıxır. Məsələn, mən indiyəcən elə bilirdim Qoç bürcüyəm. Halbuki Balıq bürcüymüşəm. Qızların Aslan, Oxatanların bəzilərinin isə Oğlaq olması NASA araşdırmaları ilə məlum olur. Demək, bizi uzun illər aldatmışlar. Sən Xərçənglə evləndiyini zənn edirsən, adam gəlir Əkizlər çıxır. 60 ildir özünü Buğa kimi aparırsan, lakin Qoç olduğunu deyirlər. Bu cür elmi həqiqətlərlə yanaşı yaşamaq çox çətindir. Ta iş-işdən keçib, neyləmək olar, tale ilə barışmalıyıq.
Mistik dünyagörüşümüzə görə partiya sayını 13-də saxlasaq, hər bürcə bir partiya düşər. Nəticədə bələdiyyə seçkiləri uğurla keçər.
İkinci tərəfdən, bizim keçmiş “Sobez” nazirimiz Səlim Müslümovun məhkəməsi gedir. Səlim müəllim çoxlu pul yeməkdə suçlanır. Lakin deyirlər pulları geri ödəyibdir. Buna baxmayaraq, onu hələ ev dustaqlığında saxlayırlar. Səlim müəllim bəzi evlərinə gedə bilmir. Keçən ildən bəri onun məhkəməsi 18 dəfə təxirə salınmışdır. Kriminaldan yazan müxbirlərin hesablamalarına görə, bu, ən çox təxirə salınan məhkəmə olaraq Ginnesin kitabına düşəcəkdir (ən azı “Ginnes” pivəsi butulkasına düşmək şansı var).
Yaxşı, bu adam suçludursa, basın getsin, təmizdirsə, buraxın. 18 dəfə iclas təxirə salmaq olar? Güman edirəm burada da qoroskopun rolu var. Çünki İlandaşıyan bürcü Ağır Cinayətlər Məhkəməsinin üzərində olanda dindirmə aparmaq mümkün deyildir.
Başqa bir sınaqdan çıxmış əlamət isə odur ki, Neptun planeti Tərəzi bürcünə girəndə dövlət ittihamçısı zökəmə yoluxur. Əgər hakimin bürcü Qız, prokurorun bürcü Əqrəbdirsə, vəkil isə Aslan bürcündə doğulmuşsa, o prosesin bitmə ehtimalı sıfırın altındadır. İstəyirsən aclıq aksiyası keçir, istəyirsən Avropa Məhkəməsinə ver - xeyri yoxdur.
Ona görə də, hesab edirəm ki, həmçinin düşünürəm ki, məhkəmə heyətini seçəndə Azərkosmos-la elmi məsləhətləşmələr vacibdir. Mən bu nəticəyə çoxdan gəlmişəm. Məsələn, bizim bir riyaziyyatçı alim var - Elbrus Cəfərov. Türkiyədə, İstanbul Texnik Universitetində, Aerokosmik fakültədə kafedra müdiri, professordur. Eyni zamanda tərcümeyi-halında yazılıb ki, təsəvvüf bakalavrıdır. Keçən ay Elbrus müəllimin “Zirvələrə dikin bayraq” adlı ictimai-siyasi, elmi-fəlsəfi kitabı çapdan çıxmışdır.
Bu münasibətlə oxucularımızı təbrik edirəm.
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025
04 May 2025
03 May 2025
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ