İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada üç ukraynalı Rusiyaya casusluqda ittiham olunur – partlayışlar planlaşdırılıb

Almaniyanın Federal Prokurorluğu ölkədə yaşayan üç Ukrayna vətəndaşının Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, saxlanılan şəxslər – Vladislav T., Daniil B. və Yevgeni B. həm də Almaniyada diversiya aktları və partlayışlar hazırlamaqda ittiham olunurlar.

İstintaq materiallarına əsasən, 2025-ci ilin əvvəlində bu şəxslər Rusiya dövləti ilə əlaqəli olduğu ehtimal edilən şəxslərlə Almaniyada sabotaj aktları həyata keçirmək barədə razılığa gəliblər. Planlara uyğun olaraq, Almaniyadan Ukraynaya içində partlayıcı və ya alışdırıcı qurğular olan bağlamaların göndərilməsi nəzərdə tutulub – həmin qurğuların nəqliyyat zamanı işə düşməsi ehtimal olunub.

Federal Prokurorluğun məlumatında qeyd olunur ki, Vladislav T. mart ayının sonunda Köln şəhərindən GPS izləyicili iki test bağlaması göndərib. Bu əmrin Yevgeni B. tərəfindən verildiyi, bağlamaların içindəki materialların isə Daniil B. vasitəsilə təmin edildiyi bildirilir.

İşin xüsusi əhəmiyyət kəsb etdiyi və Almaniya Federal Cinayət Polisi İdarəsi (BKA) ilə birgə araşdırıldığı vurğulanır. Təhlükəsizlik orqanları bu hadisəni ölkə daxilində mümkün xarici yönümlü terror fəaliyyəti kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR