İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “44 günlük müharibə ilə bağlı parlament hesabatı gizliləşdirilib”

Ermənistan parlamentində 44 günlük müharibənin səbəblərini araşdıran müvəqqəti parlament komissiyasının hazırladığı hesabat məxfiləşdirilib.

Musavat.com bildirir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Andranik Köçəryan məlumat verib.

Köçəryanın sözlərinə görə, hesabatın gizli elan edilməsi qərarını şəxsən parlament sədri Alen Simonyan verib. Deputat bildirib ki, bu addım Dövlət-hüquq məsələləri üzrə Daimi Komissiyanın sədri, həmçinin “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyanın rəyinə əsaslanıb.

Köçəryan vurğulayıb ki, hesabat məxfi olsa da, parlament üzvləri istəsələr, onunla tanış ola bilərlər.

Deputat həmçinin Alen Simonyanın hesabatın təqdim edilmə müddətinin pozulması ilə bağlı tənqidlərinə cavab verib. O qeyd edib ki, əsas məsələ sənədin hazırlanmasıdır:

“Hesabat var, bu, ən vacib məsələdir. Onun vaxtında təqdim edilib-edilməməsi isə əsas deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR