Onlayn ictimai-siyasi qəzet
Gümrü meri Vardan Qukasyan “korrupsioner əclaf”dır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın sosial şəbəkədə paylaşımında əks olunub.
O, paylaşımında yazıb: “Hazırda bu korrupsioner nadürüstü Tatoyanın qüvvələri, Daşnaksütyun partiyası, Andranik Tevanyan və Qtriş Nersisyan müdafiə edir. Onlar Gümrü kilsəsinin zənglərini bir oğrunun adından oğrlayırlar (və bu, zarafat deyil)”. Rubinyan paylaşımını “Digər ikiüzlüləri də gözləyək” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Antikorrupsiya Komitəsi hazırda Gümrü meriyasında əməliyyat tədbirləri həyata keçirir. Mer Vardan Qukasyan rüşvət almaqda şübhəli bilinir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ