Onlayn ictimai-siyasi qəzet
"Tənhalıqdan qorxuram. Nə edirəm bağ evini? Gedirəm dəniz kənarında gəzirəm, dincəlirəm, axşam da gəlirəm evimə".
Bu sözləri Əməkdar artist Yusif Mustafayev "Etiraf" verilişində deyib.
Müğənni ona yazılan tənqidi rəylərdən danışıb:
"Elə rəylər yazırlar ki, elə bil dədələrinin çörəyini yeyirəm. Yaşlı adamlara bəzi insanlar nələr deyirlər. İnsana yaşlı vaxtında pul lazımdır. Ona görə də pulumun qədrini bilmişəm. Başqaları qazanıb gedib xaricdə istirahət edib. Mən etməmişəm.
Nə edirəm məni qınayırlar. Efirdə kimsə gələndə ayağa qalxıram, bunu belə mənə irad tuturlar. Evimdə qayda var: 20 dəfə evə girirsəm də balalarım ayağa qalxmalıdır. Bunu danışıram məni pisləyirlər. Qabaqda gedirəm bic, arxada qalıram gic deyirlər.
Ay insnalar, yaşamaq istəyirəm, xətrimizə dəyməyin. Yalvarıram, ağ saçlarımdan utanın. Qopyun yaşayım Allahn verdiyi ömnrüBədbəxtəm, şərhlərə baxıram".
Sosial şəbəkələrdən danışan Y.Mustafayev TikTok-un gənclərə vurduğu ziyandan söz açıb:
"TikTok, instaqram çıxdı. Ailələr yarı yolda qalır, körpələr atasız, anasız böyüyür. Sosial şəbəkələr insanları məhv etdi". (Axşam.az)
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ