Onlayn ictimai-siyasi qəzet
Rusiya Erməniləri İttifaqının rəhbəri, “Soglasie-Armeniya” QSC-nin təsisçisi və iş adamı Ara Abramyanın vəkilləri Ermənistan Antikorrupsiya Məhkəməsinin 2859,4 kv. m-lik torpaq sahəsinin İrəvan icmasına qaytarılması ilə bağlı qərarından şikayət verəcəklər.
Musavat.com xəbər verir ki, bu barədə “Soglasie-Armeniya” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Dünən məlum olub ki, məhkəmə 25 iyulda keçirilən iclasda Şimal prospektinin müsadirə zonasında yerləşən, “Soglasie-Armeniya”ya məxsus torpaq sahəsinin İrəvan bələdiyyəsinə qaytarılması barədə qərar çıxarıb.
Bundan əlavə, iyulun 31-də Antikorrupsiya Məhkəməsində Baş Prokurorluğun şirkətə qarşı digər bir iddiasına baxılacaq. Bu dəfə söhbət İrəvanın mərkəzində yerləşən, keçmiş “Uşaq dünyası” universal mağazasının yerindəki torpaq sahəsindən gedir. Prokurorluğa görə, həmin ərazi qanunsuz şəkildə özəlləşdirilib və bu səbəbdən daşınmaz əmlaka həbs qoyulması tələb edilir.
Musavat.com
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ