İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya SOCAR-ın məntəqəsini BOMBALADI: Azərbaycanın obyektlərinə SİLSİLƏ hücumlar - CANLI

Rusiya ordusu Ukraynaya növbəti zərbələr endirib.

Musavat.com xəbər verir ki, avqustun 17-də Rusiya hərbçiləri Ukrayna ərazisinə həm pilotsuz uçuş aparatları, həm də raketlər buraxıblar. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram kanalında açıqlayıb.

Məlumata görə, Odessada rusların “Şahed” tipli dronları “Nova Poçta” şirkətinə məxsus terminallardan birini və SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Nəticədə şəhərdə güclü partlayış baş verib. Hələlik dağıntıların miqyası və mümkün itkilər barədə rəsmi açıqlama verilməyib.

Bu, SOCAR obyektlərinin Rusiya tərəfindən ilk dəfə hədəf alınması deyil. Avqustun 7–8-də də Rusiya ordusu Odessa bölgəsində SOCAR-ın neft deposuna dron hücumu təşkil edib. Hücum nəticəsində boru xətti partlamış, yanğın baş vermiş və dörd SOCAR əməkdaşı yaralanmışdı. Hadisə ilə bağlı Bakıdan Ukraynaya təcili yardım göndərilmiş, Azərbaycan hökuməti 2 milyon dollarlıq humanitar yardım ayıracağını açıqlamışdı.

Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi. Ekspertlər bildirirlər ki, Rusiya tərəfindən SOCAR-a məxsus obyektlərin hədəf alınması təsadüfi deyil. Bu hücumların həm Ukraynanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanla Kiyev arasındakı strateji əməkdaşlığa zərbə vurmaq məqsədi daşıdığı qeyd olunur.
Rusiyanın hücumçu PUA-ları yenidən Odessanı hədəfə alıb. Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper öz Teleqram kanalında bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb. Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın baş verib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR