İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yeni şərtlər irəli sürdü – Ukraynadan sərt reaksiya

Ukrayna-Rusiya danışıqlarında vəziyyət yenidən gərginləşib.

Musavat.com xəbər verir ki, Ukraynanın diplomatik mənbələri Rusiyanın son təqdim etdiyi təkliflərin əvvəlki müzakirə çərçivələrindən kənara çıxdığını və real vəziyyətlə uyğun gəlmədiyini bildiriblər.

Mənbələr qeyd ediblər ki, Moskvanın gündəmə gətirdiyi yeni şərtlər əvvəlki danışıqlarda razılaşdırılan mövzulardan kəskin şəkildə fərqlənir və rəsmi Kiyev üçün tamamilə qəbuledilməzdir.

Ukrayna tərəfi bu yanaşmanın danışıqlarda irəliləyişə deyil, əksinə, prosesi daha da çətinləşdirməyə xidmət etdiyini vurğulayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR