Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı planlaşdırılan sui-qəsd Tehranda təhlükəsizlik qüvvələri tərəfindən vaxtında aşkar edilərək qarşısı alınıb.
Musavat.com xəbər verir ki, Bu barədə məlumatı nazirin müşaviri Məhəmməd Hüseyn Rəncbəran açıqlayıb.
Onun sözlərinə görə, Əraqçinin Avropa "üçlüyü" ilə Cenevrədə keçiriləcək danışıqlara getməsi elan edildiyi andan etibarən, İsrailin onu izləməsi ehtimalı ciddi şəkildə nəzərdən keçirilirdi:
“Defələrlə zəng edərək əmin olmaq istəyirdim ki, sionist rejim onu izləməsin. Bu təhlükə real idi və hələ də mövcuddur".
Rəncbəran əlavə edib ki, əgər təhlükəsizlik tədbirləri vaxtında görülməsəydi, bir neçə gün əvvəl Tehranda Əraqçiyə qarşı böyük bir İsrail sui-qəsdi həyata keçirilə bilərdi. “Şükür Allaha, bu plan iflasa uğradı”, – deyə o bildirib.
Rəncbəran qeyd edib ki, nazirin özü isə bu təhlükələrə baxmayaraq, özünü vətənin əsgəri kimi görməyə davam edir və diplomatik fəaliyyətini davam etdirir.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ