İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp dərman bazarını silkələdi: ABŞ-da qiymətlər 80%-ə qədər düşəcək

ABŞ prezidenti Donald Tramp ölkə daxilində dərman qiymətlərinin 30-80% azaldılması, xaricdə isə dərmanların qiymətinin arta biləcəyi ilə bağlı sərəncam imzaladığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, yeni tədbirlər amerikalılara dərman preparatlarına görə az pul ödəməyə imkan verəcək.

Tramp bu təşəbbüsü bir gün əvvəl elan etdiyi “ən mühüm” bəyanat adlandırıb. O, aydınlaşdırıb ki, fərman sayəsində əczaçılıq şirkətləri ABŞ-da digər ölkələrlə eyni və ya aşağı qiymətlər təyin etmək məcburiyyətində qalacaqlar.

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, ABŞ-dan kənarda dərmanların qiymətləri, əksinə, qalxa bilər. Beləliklə, onun sözlərinə görə, Amerika artıq dünyanın qalan hissəsi üçün ucuz dərmanlara "subsidiya verməyəcək".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR