İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bunu da etdi: “Doğmaq üçün ABŞ-a gəlməyin..."

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin vətəndaşlıqla bağlı verdiyi son qərara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu qərarın aşağı instansiya məhkəmələrinin prezident fərmanlarını bloklama səlahiyyətinə malik olmadığını açıq şəkildə ortaya qoyduğunu vurğulayıb.

“Ali Məhkəmə prezident fərmanlarının icrasını pozan aşağı instansiya məhkəmələrinin səlahiyyətsiz olduğunu təsdiqlədi,” – deyə Tramp bildirib.

O, doğumla vətəndaşlıq hüququnun yalnız ABŞ-da legitim şəkildə yaşayan insanlar üçün keçərli olduğunu, ölkəyə sadəcə turist kimi gələnlərin bu hüquqdan yararlana bilməyəcəyini qeyd edib:

“Doğumla vətəndaşlıq almaq ABŞ-a tətildə gələnlər üçün deyil.”

Trampın bu açıqlaması ABŞ-da immiqrasiya qaydalarına daha sərt yanaşmasının davamı kimi qiymətləndirilir. Xüsusilə “birthright citizenship” (doğumla vətəndaşlıq) prinsipinin bəzi hallarda suistifadə olunduğu yönündəki fikirlər Tramp üçün indi aktualdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR