Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron “yüz minlərlə” insandan ibarət və Rusiyanı cilovlaya bilən Ukrayna ordusunun saxlanmasını münaqişənin başa çatmasından sonra Ukrayna üçün əsas təhlükəsizlik təminatlarından biri hesab edir.
Musavat.com xəbər verir ki, bunu Makron Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında danışıqlardan sonra jurnalistlərə deyib: “Bu, Rusiyanın istənilən təcavüzünə qarşı durmağa və hətta onun qarşısını almağa qadir olan Ukrayna ordusunun formatıdır. Yəni bir neçə yüz min nəfərlik ordudur ki, biz onu uzun müddət təchiz etməli, məşq etməli və saxlamalı olacağıq. Bundan əlavə, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “istəklilər” koalisiyası gələcək təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynada “quruda, dənizdə və havada” dəstək qüvvələrini yerləşdirməli olacaq”. Makronun sözlərinə görə, onlar Ukrayna ərazisinə potensial müdaxilələrin qarşısını almalı olacaqlar, lakin “isti zonalarda yerləşdirilməyəcəklər” və sülhməramlı funksiyaları yerinə yetirməyəcəklər, lakin “strateji dəstək” nümayiş etdirəcəklər. Makron qeyd edib ki, amerikalılar son günlər bu “istəklilər koalisiyası” ilə işləmək istəyini nümayiş etdiriblər, lakin ABŞ-dan konkret təminatlar məsələsi hələ müzakirə olunmayıb.
Fransa lideri, həmçinin Ukrayna üçün NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsi kimi təminatlara gəldikdə, sözlərin diqqətlə seçilməsinə çağırıb: "Bu məqam bir təşkilat olan NATO-ya aiddir, halbuki ABŞ-ın özünün Ukraynanın NATO-ya üzv olmasını istəmədiyi məlumdur. Bundan əlavə, Amerika prezidentinin 5-ci maddədən danışarkən xatırlatdığı kimi, avtomatizm yoxdur. Ukraynalılara niyyət bəyannaməsi yox, konkret hərəkətlər lazımdır". Makron NBC News-a müsahibəsində müvafiq müzakirələrin bu gün davam etdiriləcəyini açıqlayıb: “Məncə, son bir neçə gündə mühüm irəliləyiş o oldu ki, sizin (Amerika) prezidentiniz ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etmək üçün açıq öhdəliyini ifadə etdi”.
Onun fikrincə, bu cür təminatlar münaqişənin həlli ilə bağlı “Ukrayna və Avropa üçün istənilən razılaşmanın mühüm komponentidir”.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ