İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Tramp-Putin görüşü narahatlıqla gözlənilir

Ukrayna rəsmiləri ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq mümkün görüşlə bağlı ciddi narahatlıq keçirirlər.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Məlumata görə, Kiyevdə bəzi dairələr bu görüşdən sonra Trampın Rusiya ilə hansısa razılaşmaya gedəcəyindən və bu razılaşmanın Ukraynaya "artıq baş vermiş fakt" kimi təqdim olunacağından ehtiyat edirlər.

Ukraynalı rəsmilər hesab edirlər ki, belə bir ssenari ölkənin maraqlarına zidd ola bilər və Rusiyanın xeyrinə nəticələnə bilər. Məlumatlara görə hazırda Kiyev administrasiyası vəziyyəti yaxından izləyir və mümkün nəticələrə qarşı hazırlıqlı olmağa çalışır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR