İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən şok açıqlama: "Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"

Tramp Zelinski görüşünə dair Ukrayna prezidentinin açıqlamasında bir önəmli detal Musavat.com -un diqqətini xüsusi ilə cəlb edib.

Zelenski açıqlamasında bildirir ki, İstanbulda keçirilmiş texniki danışıqlardan və əsir-meyit mübadiləsi ilə bağlı proseslərdən də Trampa müfəssəl məlumat verib. Və burada o heyrətamiz məlumat açıqlanır:

Zelinski iddia edir ki, meyitlərin mübadiləsində Rusiya tərəfi öz əsgərlərinin meyitlərini Ukraynaya təhvil verib və bu meyitlərin kimliyinin müəyyən edilməsi üçün Kiyevdə ekspertiza aparılır.

Belə çıxır ki, Rusiya çoxsaylı hərbçi cəsədlərini Ukrayna əsgərləri adı ilə təhvil veribmiş.

Bu məlumat Rusiya - Ukrayna müharibəsi tarixində ən şokedici faktlardandır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR