İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskini Polşada öldürmək cəhdi – sui-qəsd planı ifşa edildi, arxasında polşalı hərbçi var

Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (DTX) Polşanın Rzeszov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd planının qarşısını alındığını açıqlayıb. Məlumata görə, bu hadisə 2023-cü ildə baş verib və məsələ ilə bağlı araşdırmalar davam etdirilib.

DTX-nin rəhbəri Vasıl Maliukun bildirdiyinə görə, Rzeszov aeroportunda Zelenskinin fiziki olaraq aradan götürülməsi planlaşdırılırdı. Sui-qəsd üçün müxtəlif ssenarilər, o cümlədən FPV tipli dronla və snayperlə hücum nəzərdə tutulmuşdu.

Araşdırmalar zamanı məlum olub ki, sui-qəsd cəhdinin arxasında Polşa vətəndaşı, keçmiş hərbçi Pavel K. dayanıb. Onun 2024-cü ilin aprelində Polşa ərazisində saxlandığı və Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) ilə əməkdaşlığa razılıq verdiyi ortaya çıxıb. Polşalı təqaüdçü hərbçinin onilliklər əvvəl Rusiya tərəfindən cəlb edildiyi və sovet ideologiyasına sadiq qaldığı qeyd edilir.

UTX rəhbəri Maliuk bildirib ki, bu qrupun ifşası və planın qarşısının alınması məqsədilə iki illik genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı həm texniki izləmə, həm də dərin kəşfiyyat tədbirləri həyata keçirilib.

Zelenskiyə qarşı yalnız bir deyil, iki ayrı sui-qəsd planı olub. Birinci plan Kiyevdə Prezident Ofisinin yerləşdiyi ərazidə, ikinci isə Polşanın Rzeszov şəhərində reallaşdırılmalı idi. Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən yüksək vəzifəli şəxslər bu planların təşkilində iştirak ediblər.

Məlumatda həmçinin vurğulanır ki, Rusiya xüsusi xidmət orqanları Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın qardaşı Denis Yermaka qarşı da sui-qəsd planlaşdırıblar. Bunun üçün Xarkovda yaşayan bir şəxsi cəlb edib, partlayıcı qurğu ilə hücum təşkil etmək niyyəti güdüblər.

Ukraynanın DTX-si bu əməliyyatlarda Polşanın Daxili Təhlükəsizlik Agentliyi (DTA) ilə sıx əməkdaşlıq etdiyini bildirib və Polşaya təşəkkürünü çatdırıb.

Hazırda məsələ beynəlxalq rezonans doğurub və NATO ölkələri çərçivəsində də müzakirə mövzusudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR